AZ

“Atletiko” müdafiəçisini icarəyə verdi – RƏSMİ

“Atletiko” futbolçusu Xavi Qalanı icarəyə göndərib.

Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Osasuna”ya keçib.

İspaniyalı oyunçu 30 iyun 2026-cı ilədək “Osasuna”nın formasını geyinəcək. Razılaşmaya əsasən, “Osasuna” bu keçid üçün “Atletiko”ya 500 min avro ödəyəcək.

Qeyd edək ki, Qalan cari mövsümdə “Atletiko”nun heyətində 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. O, karyerası ərzində “Real Sosyedad”, “Selta”, “Ueska” və “Kordoba” klublarında da forma geyinib.

Seçilən
39
2
msport.az

3Mənbələr