AZ

Yük avtomobilinin narkotik aludəçisi olan sürücüsü stasionar postda saxlanılıb VİDEO

Bakı, 25 dekabr, AZƏRTAC

Bərdə rayon sakini Rəşad Kərimov “Ford” markalı yük avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən Yol Patrul Xidməti alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib.

Müayinə zamanı narkotik vasitənin təsiri altında olduğu sübuta yetən R.Kərimov barəsində müvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

“Narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, - deyə məlumatda bildirilir.

Seçilən
42
35
azertag.az

10Mənbələr