AZ

Bakıda 22 yaşlı oğlan dostnun kartında olan pulunu oğurladı

BAKI, 25 dekabr. TELEQRAF

Bakının Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb.

Teleqraf-ın xəbərinə görə, polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
2
teleqraf.com

3Mənbələr