AZ

Afrikalı futbolçu oyun zamanı öldü

Burundi II Liqasında çıxış edən “Qepye Dyu Lak” komandasının futbolçusu Ayme Qerik oyun zamanı vəfat edib.

Msport.az xəbər verir ki, buna oyunçunun qarşılaşma zamanı ağzında saxladığı və sonra udduğu sikkə səbəb olub.

O, qəfildən meydana yıxılıb. Tibbi heyətin müdaxiləsinə baxmayaraq, afrikalı futbolçu xəstəxanaya aparılarkən ölüb.

Nəşr bildirib ki, sikkə amulet (insanı bəd nəzərdən, bədbəxtlikdən qoruduğuna inanılan əşya və ya simvol) rolunu oynayır və cadugərliklə əlaqələndirilir. Burundidə futbol oyunlarının nəticəsini müəyyən etmək üçün yerli cadugərlərə və sehrbazlara müraciət etmək təcrübəsi geniş yayılıb.

Seçilən
35
5
msport.az

6Mənbələr