AZ

Fiziki şәxslәrin әmanәtlәrinin 67,5 faizi milli valyutadadır

Bakı, 25 dekabr, AZƏRTAC

Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0,8 faiz vә ya 80,3 milyon manat, tәlәbli әmanәtlәri isә 3,9 faiz vә ya 218,4 milyon manat artıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şәxslәrin әmanәtlәrinin 67,5 faizi (10,701.4 milyon manat) milli valyutada, 32,5 faizi (5,146.3 milyon manat) xarici valyutadadır. Fiziki şәxslәrin әmanәt portfelinin 62,9 faizi (9,963.9 milyon manat) müddәtli әmanәtlәrdәn ibarәtdir.

2025-ci ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2,7 faiz (4,959 әmanәtçi), ilin әvvәlindәn isә 26,8 faiz (40,409 әmanәtçi) artaraq 190,9 min nәfәri üstәlәyib.

Seçilən
47
1
azertag.az

2Mənbələr