AZ

Media nümayəndələrinin Ağdama səfəri başlayıb (FOTO)

Bakı. Trend:

Media nümayəndələrinin Ağdama səfəri başlayıb.

Trend-inQarabağ bürosunun xəbərinə görə, media nümayəndələri "Prezidentinizi ilə" Ağdama təşkil edilmiş mediatur zamanı Prezident İlhamƏliyevin açılışını etdiyi metal elektrik dirəklərinin istehsalımüəssisəsi ilə tanış olublar.

Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrikdirəklərinin istehsalı müəssisəsinin baş mühəndisi TurqayAbdullazadə jurnalistlərə müsahibəsində bildirib ki, “SənayeParkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çintexnologiyası əsasında qurulub.

Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatınıödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyonmanat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasınaİqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesininİnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kreditayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinəverilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinintexnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldəolunub.

Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindənəlverişli investisiya mühiti yaradılıb. Parkda ümumiinvestisiyalarının həcmi 312 milyon manatdan çox olan 32sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isəqeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindənSənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxındaimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətrafrayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindənistehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyatakeçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edir.

Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Fərmana əsasən,190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldanazad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənayepotensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalininistehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkınınprioritet istiqamətləri tikinti materiallarının istehsalı, kəndtəsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəzkonservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının,xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Media
Media
Media
Media
Seçilən
39
9
az.trend.az

10Mənbələr