AZ

Yamal evindəki ən dəyərli əşyanı açıqladı: Görün nədir

“Barselona” və İspaniya yığmasının yarımmüdafiəçisi Lamin Yamal evindəki ən qiymətli əşyanı açıqlayıb.

Publika.az xəbər verir ki, o, şəxsi “YouTube” kanalında yayımlanan videoda bu barədə məlumat verib:

“Evimizdəki ən qiymətli əşya Fransaya qarşı oyunda qol vurduğum topdur”.

Yamal həmin qolu Avropa Çempionatı 2024-ün yarımfinalında İspaniya – Fransa (2:1) oyununda vurub. İspaniya yığması turnirin finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edərək çempion olub.

Seçilən
57
publika.az

1Mənbələr