AZ

Səidə Bəkirqızının verlişi bağlandı

Azərbaycanın tanınmış teleaparıcısı Səidə Bəkirqızı dekabrın 25-də yayımladığı açıqlamada, “Səhər” verlişinin yanvar ayından dayandırılacağını və bunun əsl səbəbinin düzgün açıqlanmadığını bildirib.

Səidə Bəkirqızı deyib ki, onu bu barədə Nəriman müəllim və NewMedia rəhbərliyi məlumatlandırıb:

Nəriman müəllim bildirdi ki, səhər verlişinə sponsor tapa bilmirik, ona görə proqram bağlanmalıdır. Amma mənə verilən məlumat doğru deyildi. Verdiyim suallara isə konkret cavab vermədilər”, – teleaparıcı bildirib.

O, əlavə edib ki, NewMedia ilə televiziyanın reklam hüquqları müqavilə əsasında idarə olunur:
Vado müəllim mənə izah etdi ki, televiziya satış və reklam məsələlərini yalnız NewMedia həyata keçirir. Amma mən hələ də bilmirəm, əsl qərarı kim verib — proqramın bağlanması mənim mövqeyimə görəmi, yoxsa başqa səbəblər var”, – Səidə Bəkirqızı qeyd edib.

Teleaparıcı vurğulayıb ki, dekabrın 26-sından etibarən “Səhər” verlişində iştirak etməyəcəköz prinsiplərinə görə televiziya proqramlarında yalnız mövqeyinə hörmət edən idarəçilərlə işləyəcəyini bildirib:
Məni dəvət edən rəhbərlər mövqeyimə görə bunu edir. Əgər sözümə və mövqeyimə hörmət etməyəcəksinizsə, televiziya sizi çağırmasın”, – Səidə Bəkirqızı deyib.

O, həmçinin Azərbaycan televiziyasında ciddi simalara artıq ehtiyac olmadığını vurğulayıb və qərarını şəxsi prinsiplərinə əsaslandırıb:

Allahın qaldırdığını heç kim yıxa bilməz. Mən isə öz prinsiplərimə sadiq qalacağam”, – teleaparıcı əlavə edib.

Seçilən
49
news365.az

1Mənbələr