AZ

Ağdam şəhərində 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb

Ağdam, 25 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam şəhərində 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov bildirib.

"Ağdam şəhərində 5 yaşayış məntəqəsinin təməli qoyulub. Hazırda 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb. 4-ci və 5-ci yaşayış komplekslərində isə tikinti işləri davam etdirilir”, - deyə L.Məmmədov rayonun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində aparılan işlər barədə də məlumat verib: “Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işləri davam etdirilir. Bu işlərin 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur”.

 

Seçilən
71
6
azertag.az

8Mənbələr