AZ

Ağdamda 1 ci və 3 cü yaşayış komplekslərində söküntü və planlaşdırma işləri başa çatıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağdamda 1-ci və 3-cü yaşayış komplekslərində söküntü və şaquli planlaşdırma işləri başa çatıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov bildirib. Qeyd edilib ki, Ağdam şəhərində 5 yaşayış məntəqəsinin təməli qoyulub. Hazırda 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb, 4 və 5 - ci yaşayış komplekslərində isə tikinti işləri davam etdirilir.

Məlumata görə, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işləri davam etdirilir. İşlərin 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
6
apa.az

8Mənbələr