AZ

Braziliya millisinin üzvünə Premyer Liqadan maraq

“Tottenhem” qış transfer dönəmində “Vasko da Qama”nın yarımmüdafiəçisi Rayanı transfer etmək istəyir.

Msport.az xəbər verir ki, A Seriyası klubu 19 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

“Tottenhem”in artıq bir neçə aydır diqqətlə izlədiyi Rayana “Real”ın da maraq göstərdiyi və tələb edilən məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Rayan ötən mövsüm Braziliya A Seriyasında meydana çıxdığı 34 matçda 14 qola imza atıb.

Seçilən
92
msport.az

1Mənbələr