AZ

Ukrayna Britaniya raketləri ilə Rusiyada neft emalı zavoduna zərbə endirib

Ukrayna ordusu Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna zərbə endirib.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbə üçün “Storm Shadow” qanadlı raketlərindən istifadə olunub.

“Dekabrın 25-də Ukrayna Hərbi Hava Qüvvələrinin bölmələri hava bazalı “Storm Shadow” qanadlı raketləri ilə Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft məhsulları zavoduna uğurlu zərbə endiriblər”, – məlumatda deyilir.

Seçilən
26
10
aznews.az

10Mənbələr