AZ

Türk İnvestisiya Fondu TRIPP-i maliyyələşdirmə üçün potensial layihələrdən biri kimi nəzərdən keçirir (ÖZƏL)

Bakı. Trend:

Türk İnvestisiya Fondu “Beynəlxalq Sülh və Rifah naminə TrampMarşrutu”nu (Trump Route – TRIPP) investisiya üçün potensiallayihələrdən biri kimi nəzərdən keçirir.

Bunu Trend-əözəl müsahibəsində Türk İnvestisiya Fondunun baş direktoru RamilBabayev bildirib.

“Orta müddətli perspektivdə biz ölkələrimizi qlobal bazarlarlabirləşdirən nəqliyyat infrastrukturuna investisiya imkanlarınınaxtarışına fokuslanacağıq. Fondun iştirak edə biləcəyi layihələrsırasında Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttini, Zəngəzurdəhlizini (TRIPP), eləcə də Orta Dəhlizin imkanlarınınyaxşılaşdırılmasına yönəlmiş digər təşəbbüsləri görürük. Bulayihələr multimodal nəqliyyata yatırımlar vasitəsilə regionalrifahın artmasına töhfə verir”, – deyə R. Babayev qeyd edib.

O vurğulayıb ki, fond ekoloji baxımdan daha dayanıqlı gələcəyindəstəklənməsinə sadiqdir və regionda bərpa olunan enerjisahəsindəki layihələrə, eləcə də enerjinin saxlanması və nəqli üzrətəşəbbüslərə investisiya imkanlarını nəzərdən keçirir.

Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması barədəqərar 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT)9-cu sammitində qəbul edilib. Fondun üzvləri Azərbaycan,Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.Fondun məqsədi regional ticarətin genişləndirilməsi və iqtisadifəaliyyətin dəstəklənməsi yolu ilə TDT-yə üzv dövlətlərin iqtisadiinkişafına töhfə verməkdir.

Məqalədə:
Seçilən
94
1
az.trend.az

2Mənbələr