İŞİD liderlərindən biri Suriya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Redaktor.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, əməliyyat ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə koordinasiya nəticəsində səmərə verib.
Suriya Daxili İşlər Nazirliyi zərərsizləşdirilən terrorçunun Məhəmməd Şəhada, digər adı ilə Əbu Ömər Şədda olduğunu bildirib.