AZ

Erməni nazirdən ŞOK AÇIQLAMA: “Ermənistan–Azərbaycan quru sərhədinin açılması…”

Hazırda Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması üçün əlverişli vaxtdır.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu fikri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Azadutsyun” radiosuna müsahibəsində səsləndirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycan yüklərinin Gürcüstan dəmir yolları vasitəsilə Ermənistana tranziti üçün ilkin tariflər nisbətən yüksək və rəqabətqabiliyyətli deyil, lakin bu istiqamətdə danışıqlar davam edir.

“Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər dayanır. Təbii ki, onlar danışıqlar aparmalı və ən optimal variantı tapmalıdırlar. Mənim fikrimcə, hazırda Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması üçün çox münasib zamandır ki, dəmir yolu ilə Ermənistan sərhədinə çatan yüklər oradan multimodal şəkildə yük avtomobillərinə yüklənərək Ermənistan–Azərbaycan quru sərhədi vasitəsilə daşınsın. Düşünürəm ki, nə Ermənistanda, nə də Azərbaycanda buna mane olan hər hansı hal yoxdur. Məncə, biznes də buna hazırdır”, – deyə Papoyan vurğulayıb.

Nazirin açıqlaması regional nəqliyyat və ticarət əlaqələrinin bərpası kontekstində diqqət çəkir.

Seçilən
64
1
nocomment.az

2Mənbələr