AZ

Xanımı Çilidə uşaq dünyaya gətirən deputat vəzifədən AZAD EDİLDİ

Tolyatti Şəhər Dumasının deputatı Aleksandr Doroşkin vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, bu qərar Dumanın iclasında qəbul olunub və iclas “VKontakte” platformasında canlı yayımlanıb.

Duma sədri Sergey Ruzanov bildirib ki, deputat Aleksandr Viktoroviç Doroşkin daimi şəhər təsərrüfatı komissiyasının sədri vəzifəsindən istefa verməsi ilə bağlı şəxsi ərizə təqdim edib.

Qərar şəhər deputatlarının əksəriyyətinin səsi ilə qəbul olunub.

Bundan əvvəl "Baza" nəşri Doroşkinin həyat yoldaşının Çilidə uşaq dünyaya gətirdiyini yazmışdı. "Telegram"kanalın məlumatına görə, qadın sosial şəbəkələrdə əri ilə birlikdə uşağın Rusiyada deyil, Çilidə doğulması barədə qərar verdiklərini, bununla da ona “güclü pasport və səyahət imkanı” qazandırmaq istədiklərini açıqlayan video paylaşıb. Nəşr həmçinin bu xidmətin qiymətinin bir milyon rubla qədər çatdığını qeyd edib.

Seçilən
95
publika.az

1Mənbələr