AZ

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub. Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarını bərpa etsin.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmir yollarını Rusiya Dəmiryol İdarəsinə satıb. Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmir yollarının bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmir yollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSRİ dövründə mövcud olan dəmir yollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələnin həllini uzadarsa, Paşinyanın Ermənistan dəmir yollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq”, - politoloq bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
4
axar.az

5Mənbələr