AZ

İnstaqramda 10 milyon izləyicisini itirdi, səhifəsini sildi

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məşhur rep ifaçısı Niki Minaj ABŞ-də radikal sağçı fəal Çarli Kirkin dul arvadının aparıcılıq etdiyi şouda çıxış etdikdən sonra sosial şəbəkələrdə təxminən 10 milyon izləyicisini itirib və instaqram səhifəsini silib.

Axşam.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Bildirilir ki, Niki Minaj Çarli Kirk tərəfindən təsis edilmiş "Turning Point USA" təşkilatının tədbirində qonaq olub. O, səhnəyə Çarli Kirkin həyat yoldaşı Erika Kirk ilə birlikdə çıxıb və onunla müsahibə formatında söhbət edib. Çıxışı zamanı Minaj tədbir iştirakçılarını öz inanclarından imtina etməməyə çağırıb.

Müğənni eyni zamanda ABŞ-ın keçmiş prezidenti Donald Trampa dəstəyini ifadə edib. Onun mövqeyini qınayanlara cavab olaraq isə Niki Minaj kəskin ifadələr işlədib, tənqidçiləri “aqressiv” insanlar adlandırıb.

Bundan sonra sosial şəbəkələrdə başlayan mənfi reaksiya dalğası kütləvi abunəçi itkisinə səbəb olub və az sonra müğənninin hesabını tamamilə bağlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
axsam.az

1Mənbələr