AZ

Krasnodar diyarının Temryuk limanında iki neft anbarı yanıb

Dekabrın 25-i gecəsi təcavüzkar dövlət Rusiyanın bir hissəsi olan Krasnodar diyarının Temryuk limanında iki neft anbarı yanıb.

Editor.az xəbər verir ki, bu barədə regional əməliyyat qrupu məlumat verib: “Yanğın sahəsi təxminən 2000 kvadratmetrdir. Yanğının söndürülməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin əməkdaşları da daxil olmaqla yetmiş nəfər və 18 texnika iştirak edir. İlkin məlumata görə, itki yoxdur”, – deyə açıqlamada bildirilir.

Operativ qrupun məlumatına görə, Şerbinovski rayonundakı bir neçə sənaye binası və kənd təsərrüfatı texnikası da zərər görüb. Yanğın söndürülüb və heç kim xəsarət almayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
33
editor.az

1Mənbələr