AZ

Alpinist Vəfa Musayeva: Bilirdim ki, Prezidentimiz idmana, elmə çox dəyər verir və həssas yanaşır

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Bilirdim ki, Prezidentimiz İlham Əliyev idmana, elmə çox dəyər verir və həssas yanaşır. İlin sonuna 5 gün qalmasına baxmayaraq, çox əmin idim ki, bu tarixi hadisə - Everest (8 848 metr) və Lhotse (8 516 metr) zirvələrinə qalxmağım qiymətləndiriləcək".

Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunan azərbaycanlı alpinist Vəfa Musayeva deyib.

"Tərəqqi" medalına layiq görüldüyüm üçün daha çox Azərbaycan qadını, Azərbaycan alpinisti olaraq sevinirəm. Azərbaycan alpinizmində Azərbaycan vətəndaşı olaraq ilk dəfə buna layiq görülmüşəm. Bu, mənim üçün böyük məsuliyyətdir. Eyni zamanda, bu, gələcək zirvələr üçün mənə ilham verir.

Çox təsirlənmişəm, çox qürurluyam, çox xoşbəxtəm. Belə diqqət çox dəyərlidir. Everest zirvəsində bayrağı qaldıranda necə sevincdən ağlamışdımsa, indi də eyni duyğuları yaşayıram", - alpinist bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
2
oxu.az

3Mənbələr