AZ

Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti axtarışa verildi

Ajans.az  xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun ötən ilin sonlarında Ukrayna ərazisini tərk etdiyi ehtimal olunur. Hüquq-mühafizə orqanları Pavelkonu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əmlakı mənimsəmə və israf, həmçinin vəzifə saxtakarlığı maddələri üzrə şübhəli bilirlər.

İstintaqın əsas epizodları UEFA vəsaitləri ilə bağlı maliyyə maxinasiyalarına aiddir. İstintaqın məlumatına görə, UEFA-dan daxil olan maliyyə vəsaitləri özəl strukturun hesablarına yönləndirilib, bundan sonra isə vəsaitlər yoxa çıxıb. Dəymiş zərərin məbləği 9.32 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
43
1
Ajans.az

2Mənbələr