AZ

Ukraynada seçkilər üzrə işçi qrupunun ilk iclası keçiriləcək



Ukraynada seçkilərə və referenduma hazırlıq üzrə işçi qrupunun ilk iclası dekabrın 26-da keçirəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, ilk iclasda təxminən 60 nəfər iştirak edəcək.

Ali Rada sədrinin birinci müavini və "Xalqın Xidmətçisi" partiyasının rəhbəri Aleksandr Kornienko bildirib ki, sabah hərbi vəziyyət dövründə və müharibədən sonrakı dövrdə seçkilərə və referendumlara hazırlıq üzrə işçi qrupunun ilk iclası keçiriləcək.

Bu arada, Vladimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna seçkiləri maliyyələşdirə bilməyəcək, digər ölkələr bunu etməli olacaq. O əlavə edib ki, işçi qrupu və Mərkəzi Seçki Komissiyası xərcləri hesablamalıdır.

Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatdı, lakin Kiyev hərbi vəziyyət ləğv olunana qədər bunun mümkün olmadığını iddia edərək müntəzəm seçkilər keçirmədi. 9 dekabrda ABŞ prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını bəyan etdi. Ağ Ev rəhbərinin qeyd etdiyi kimi, Kiyev münaqişədən bunun qarşısını almaq üçün istifadə edirdi. Elə həmin gün Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bildirdi, lakin hərbi qulluqçuların da səs verə bilməsi üçün qanunvericilik dəyişikliklərinin və təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini bildirdi.

Süleyman
Seçilən
47
1
newscenter.az

2Mənbələr