AZ

"Duru Su" adlı saxta su sexi aşkarlandı - Şamxal Samanzadə vətəndaşlara krant suyu satır/VİDEO

Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə fəaliyyət göstərən "Duru Su" adlı su istehsalı sexində, krant suyunun doldurularaq satışa çıxarıldığına dair ciddi faktlar aşkarlanıb. 

Ekologiya.az bildirir ki, Bolge.tv-nin əməkdaşları yerli sakinlər tərəfindən edilən şikayət əsasında həmin ünvanda yerləşən su sexində olublar

Sözügedən ərazidə aparılan çəkiliş zamanı məlum olub ki, sextə çap edilən saxta etketlə su balonları satışa çıxarılır. Həmçinin həmin su balonları təmizlənmiş su ilə deyil sexdən keçən su krantına bağlanmış şılank vasitəsi ilə doldurulur və həmən də sırada gözləyən maşınlarla sifarişi öncədə alınan ünvanlar daşınır.

 Çəkiliş zamanı oda məlum olub ki, sexin işçisi qanunsuz fəaliyyəti göstərdiklərini etiraf edib və krant suyunun qablaşdırılaraq satışa verildiyini təsdiqləyib. Saxta su sexinin rəhbəri özünü Kəlbəcərli kimi tanıdan sahibkar Salmanzadə Şamxal törətdiyi əməlin qanuni olduğunu deyir, həmçinin günəmuzd işlətdiyi onlarla insan var ki, həm vergidən həm də əmək müqviləsi bağlamadan çalışdırır. 

Baş verən mühüm hadisəni ictimailəşdirmək media mənsubu olaraq bizlərin  borcudur.  Minlərlə vətəndaşımızın sağlamlığına yaradılan real təhlükəni hüquqi tərəfdən aqraşdırmaq hüquq mühafizə orqanlarının işidir. İnanırıq ki, hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi operativ şəkildə qanunsuzluqlarla dolu su sexinin iş icraçısı Şamxal Samanzadə ilə bağlı qanuni ölçü götürə biləcəklər...! 


Seçilən
22
2
ekologiya.az

3Mənbələr