AZ

Bakı-Qazax yolunda narkotik istifadəçisi olan

Narkotik aludəçisi olan yük avtomobilinin sürücüsü stasionar postda saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, Bərdə rayon sakini Rəşad Kərimov “Ford” markalı yük avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitənin təsiri altında olduğu sübuta yetən R.Kərimov barəsində müvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

 

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Seçilən
33
22
senzor.az

10Mənbələr