AZ

ABŞ ın Nigeriyada İŞİD ə zərbəsindən sonra Pentaqon yeni addımların atacağını açıqlayıb

ain.az, Apa.az saytına istinadən bildirir.

ABŞ-ın müdafiə naziri Pit Heqset Nigeriyada İŞİD terror qruplaşmasının mövqelərinə endirilən zərbədən sonra Vaşinqtonun yeni addımlar atacağını açıqlayıb.

APA xəbər verir ki, Heqset bu barədə X sosial şəbəkəsindəki paylaşımında yazıb.

“ABŞ Prezidenti Donald Tramp ötən ay açıq şəkildə bildirmişdi: Nigeriyada (və digər yerlərdə) günahsız xristianların qətli dayandırılmalıdır. Müdafiə Nazirliyi hər zaman hazırdır və İŞİD bunu bu gecə, Milad bayramında hiss etdi. Davamı gələcək”, – deyə Pit Heqset qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
apa.az

3Mənbələr