AZ

400 illik xidmət tarixə qovuşur

Danimarkada 400 ildir fəaliyyət göstərən poçt xidməti tarixə qovuşur. Metbuat.az xəbər verir ki, İsveç və Danimarka poçt xidmətlərinin birləşməsi ilə yaradılan “PostNord” məktub paylama fəaliyyətini dayandırmaq üzrədir. Məlumata görə, bu qərardan sonra ikonik qırmızı poçt qutuları sökülərək satışa çıxarılıb. Tarixi qutulara maraq yüksəkdir. “The Guardian” qəzetinin məlumatına görə, “PostNord” qərarının səbəbi kimi cəmiyyətin rəqəmsallaşmasını göstərib. 1624-cü ildən bəri Danimarkada məktub çatdırılmasından məsul olan poçt xidməti, son 25 ildə kağız məktubların həcminin 90%-dən çox azalması səbəbindən iş modelini dəyişdirib. Məlumata görə, “PostNord” xidmətini dayandırsa da, Danimarkada kağız məktubların göndərilməsi tamamilə yox olmayacaq. Qeyd edək ki, Danimarka dünyanın ən rəqəmsal ölkələrindən biri hesab olunur.

Dövlət qurumlarından gələn bütün rəsmi bildirişlər vətəndaşlara avtomatik olaraq rəqəmsal poçt qutusu vasitəsilə çatdırılır. Əhalinin yalnız 5%-i kağız məktublar almağa üstünlük verir.

Seçilən
55
metbuat.az

1Mənbələr