AZ

İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu

Sabirabadın Sərxanbəyli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Körpünün uçması nəticəsində pambıqyığan kombayn kanala aşıb.

Kənd sakinlərinin sözlərinə görə, aidiyyəti qurumlar məsələyə məsuliyyətsizliklə yanaşıblar:

"Kənd camaatı üstünə beton qırıqları uça-uça cənazəni buradan çıxardılar. Üç uşaq başsız qalıb. İki ilə yaxındır ki, bu körpü bu vəziyyətdədir. Bütün aidiyyəti qurumların xəbəri var idi. Bütün kanallarda, sosial şəbəkələrdə bu haqda çəkilişlər olub. Keyfiyyətsiz bir xırda yamaq qoyublar, o da bu vəziyyətə gətirib çıxardı".

"Mən gözümü açandan bu körpünü elə köhnə vəziyyətdə görmüşəm. Aidiyyəti qurumlara müraciət etmişik. Neçə dəfə burada qəzalar olub".

Aşağı Muğan Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin (MSİİ) baş mühəndisi Zalış Bünyatov hadisəyə münasibət bildirib:

"Körpü ilə əlaqədar regional meliorasiya xidmətinə məlumat vermişik. Əraziyə mütəxəssislər dəvət olunublar. Mütəxəssislər və idarə işçiləri tərəfindən əraziyə baxış keçirilib və qüsur aktları tərəfimizdən yazılaraq baş idarəyə göndərilib".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Seçilən
24
far.az

1Mənbələr