AZ

Starlink peyki yanaraq Yerə düşüb

ain.az bildirir, Reyting.az portalına istinadən.

"SpaceX" şirkətinə məxsus "Starlink" peyki kosmik uçuş zamanı qəfildən sıradan çıxıb. Peyk Yerə düşməzdən əvvəl orbitdən görüntüsü qeydə alınıb.

Reyting.az bildirir ki, 2025-ci ilin 17 dekabrında yeni buraxılmış, "Starlink" şəbəkəsinə aid olan 35956 saylı kosmik peykdə ciddi nasazlıq qeydə alınıb, yanacaq çəni dağılıb və nəticədə yanacaq sızması baş verib. Daha sonra qəza vəziyyətinə düşən kosmik peyk orbit hündürlüyünü itirib. Sürətlə aşağı düşən cihaz atmosferdə yana-yana özünü məhvə məhkum etməklə, Yer kürəsi istiqamətinə yönəlib. Bu hadisə "SpaceX" mütəxəssisləri üçün gözlənilməz olduğundan alternativ tədbirlər görülməyib.

Qəza ilə bağlı araşdırmaların nəticələri haqqında hələlik konkret məlumat verilmir. Lakin şirkətin ehtimalına görə, çən ya daxili təzyiq səbəbindən zədələnib, ya da kosmik tullantı ilə toqquşma olub.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
reyting.az

1Mənbələr