AZ

Manfred Veber: Almaniya Avropa qüvvələrinin Ukraynada sülhə nail olmasında iştirak etməlidir

Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber Almaniya hərbi qulluqçularının Ukraynada sülh yolu ilə həllin təmin edilməsində Avropa əməliyyat strukturlarının bir hissəsi kimi iştirak etməsinin vacibliyini vurğulayıb.

Doğru.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti məlumat yayıb.

Veber hesab edir ki, Almaniya Avropa qüvvələrində iştirak etməklə sülhün təmininə töhfə verməlidir və bütün “təhlükəsizlik xətti” boyunca Avropa hərbi mövcudluğunu vacib sayır. O bildirib:

“Formalarında Avropa bayrağı olan əsgərlərin sülhə nail olmaq üçün ukraynalı dostlarımızla çiyin-çiyinə çalışmasını görmək istərdim.”

Siyasətçi həmçinin əlavə edib ki, yalnız ABŞ qoşunlarına etibar etmək kifayət deyil:

“Trampdan yalnız Amerika qoşunları ilə sülh razılaşmasına nail olacağını ciddi şəkildə gözləyə bilmərik. Avropa qoşunlarından danışarkən Almaniyanı unutmaq olmaz.”

Qeyd edək ki, daha əvvəl NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, Rusiya sülh müqaviləsini pozarsa, Avropa ölkələri Ukraynaya qoşun göndərməyə hazırdırlar.

DOĞRU.AZ

Seçilən
39
1
dogru.az

2Mənbələr