AZ

"Real Madrid" “PSJ”-nin ulduz futbolçusu üçün 90 milyon avro ödəməyə hazırdır

"Real Madrid" klubu “PSJ”nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya üçün 90 milyon avro ödəməyə hazırdır.

Missiya.Az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Qeyri-rəsmi məlumatlara görə, Vitinyanın 2026-cı il Dünya Kubokundan sonra sərbəst qalma məbləği 90 milyon avro olacaq.

"Real Madrid" və “PSJ” arasındakı gərgin münasibətləri nəzərə alsaq, bu razılaşma yalnız oyunçunun müqaviləsində sərbəst buraxılma bəndi olduğu təqdirdə mümkün olacaq.

Qeyd edək ki, Vitinya bu mövsüm 23 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Transfermarkt Vitinyanın transfer dəyərini 110 milyon avro qiymətləndirir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
68
missiya.az

1Mənbələr