AZ

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib


Bakı. Trend:

Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur.Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıqərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskiniəhəmiyyətli dərəcədə artırır.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərəmüraciətində qeyd olunub.

Bildirilib ki, BDYPİ həftəsonu xüsusilə, respublika əhəmiyyətliavtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərəalaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitindədaha diqqətli olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı,sürət həddini nəzarətdə saxlamağı, şinləri qış mövsümünə uyğunolmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaznəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.

"Hər bir yol hərəkəti iştirakçısını onların mənzil başınatəhlükəsiz çatması üçün DYP tərəfindən həyata keçirilən qabaqlayıcıtədbirlərə dəstək olmağa, səfərlərimizin xoş təəssüratlarla yaddaqalması üçün qaydalara qeyd-şərtsiz əməl etməyə çağırırıq!", -məlumatda vurğulanıb.

Məqalədə:
Seçilən
57
39
az.trend.az

8Mənbələr