AZ

Rusiyalı general 56 yaşında öldü

Rusiyanın keçmiş müdafiə nazirinin müavini, general-polkovnik Yuri Sadovenko 56 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun ailəsi “RİA Novosti”yə məlumat verib.

"Bəli, doğrudur... Dünən gecə", - Sadovenkonun qohumları deyiblər.

Müdafiə nazirinin keçmiş qərargah rəisi Yuri Eduardoviç Sadovenko 11 sentyabr 1969-cu ildə Ukraynanın Jitomir şəhərində anadan olub. O, 1990-cı ildə Lenin Komsomolu adına Ryazan Ali Hava-Desant Komandanlıq Məktəbini və 2008-ci ildə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasını bitirib. 1990-cı ildən 1994-cü ilə qədər Silahlı Qüvvələrdə müxtəlif komandanlıq vəzifələrində xidmət edib. Döyüş veteranıdır.

1994-cü ildən 2002-ci ilə qədər Rusiya Fövqəladə Hallar Nazirliyinin bölmələrində xidmət edib. Həm Rusiyada, həm də xaricdə bütün səviyyələrdə çoxsaylı humanitar və xilasetmə əməliyyatlarında iştirak edib.

Seçilən
42
2
publika.az

3Mənbələr