AZ

AFFA rəsmən açıqladı: O, “Neftçi”nin əleyhinə səhv qərar verib - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Premyer Liqanın 16-cı turundakı mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, "Karvan-Yevlax" - "Neftçi" oyununda FİFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.

R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını vurğulayıb.

"Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah"oyunlarında isə hakimlərin düzgün qərar verdikləri bildirilib.

AFFA Hakimlər Komitəsinin yeni sədri Misli Premyer Liqasının 14-cü turunda keçirilən "Sumqayıt" - "İmişli"matçında da Əliyar Ağayevin səhv qərar verdiyini açıqlamışdı.

Seçilən
75
50
sportinfo.az

10Mənbələr