AZ

Ukrayna diplomatiyası Rusiyanın ilkin sülh planını rədd etdi

Ukrayna-Rusiya münaqişəsində diplomatik gedişatlar hər iki tərəfin gələcək strateji mövqeyini müəyyənləşdirir. Son açıqlamalara görə, Rusiyanın hazırladığı ilkin 28-maddəlik sülh planı Ukrayna tərəfindən qəbul edilməyib və bu, Kiyev diplomatiyasının ciddi uğuru kimi qiymətləndirilir.

Politoloq Şahin Cəfərli News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın hazırladığı 28-maddəlik ilkin plan Ukrayna üçün qəbul olunmaz olub.


O qeyd edib ki, plan Dmitriyev tərəfindən Witkofa təqdim edilib və ABŞ ilkin variant kimi təqdim etmişdi.

Cəfərli vurğulayıb ki, Ukrayna və Avropa tərəfi planı etirazla qarşılayıb. "Ukrayna diplomatiyasının ciddi uğuru ondadır ki, Prezident Zelenski ilkin təqdim olunan planı bir mənalı rədd etmədi, bunun üzərində müzakirə aparıla biləcəyini bildirdi. Beləliklə, Ukrayna həm Avropa, həm də ABŞ ilə danışıqlarda öz maraqlarını müdafiə edə bildi," – deyə politoloq əlavə edib.

O həmçinin qeyd edib ki, hazırkı vəziyyətdə plan Rusiyanın maraqlarına uyğun deyil və Rusiya üçün qəbul olunmaz vəziyyət yaranıb.

Seçilən
32
news365.az

1Mənbələr