AZ

Gələn il Aİ-Azərbaycan beyin mərkəzlərinin forumu planlaşdırılır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gələn il Avropa İttifaqı-Azərbaycan beyin mərkəzlərinin forumunu təşkil etməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Fərid Şəfiyev diqqətə çatdırıb ki, BMTM bu il əsasən Cənubi Qafqazda normallaşma prosesi, Azərbaycanın Aİ ilə əlaqələri, eləcə də Çin, ABŞ, Türkiyə ilə münasibətlər barədə araşdırmalar aparıb:

"Bu il nəşr olunan 7 kitabımızda beş ölkə (Livan, Fələstin, İraq, İordaniya və Misir) əhatə olunur. İngilis dilində isə beş kitabımız çıxıb. Kitabların hamısı bu il nəşr olunsa da, araşdırmalarına ötən illərdə başlanılıb. Ötən müddət ərzində 49 beynəlxalq tədbirimiz olub".

F.Şəfiyev daha sonra BMT-də təşkil etdikləri tədbirə də diqqət çəkib:

"Bu çərçivədə dünyanın diqqətini Azərbaycanın mina probleminə çəkməyə çalışmışıq".

Seçilən
60
far.az

1Mənbələr