AZ

Netanyahudan müdafiə sənayesinə yatırım

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə müstəqil müdafiə sənayesi qurmaq məqsədilə qarşıdakı 10 il üçün əlavə 350 milyard İsrail şekeli (təxminən 110 milyard ABŞ dolları) büdcə ayırdıqlarını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Netanyahu bu açıqlamanı İsrailin Daxili Kəşfiyyat Xidməti Şin Betin (Şabak) mərkəzində  təhlükəsizlik və xarici siyasət rəsmiləri ilə görüşündə verib. O, İsrailin güclü, inkişaf etmiş və müstəqil bir dövlətə çevrilməsini istədiklərini vurğulayıb: “Bəzi hava platformaları da daxil olmaqla silahlarımızın İsraildə istehsal olunması üçün çalışacağıq".

Netanyahu, həmçinin İsrailin müttəfiqlərindən asılılığını azaltmaq istədiklərini və bu məqsədlə qarşıdakı 10 ildə təxminən 350 milyard şekel əlavə sərmayə qoyacaqlarını qeyd edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr