AZ

Sərhədlərin bağlı qalması haqda yeni detallar

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdə hərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizin təhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi. Əlbəttə, 5 ildir davam edən belə vəziyyət regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranmasını əngəlləyir:

“Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə, gələcəkdə  Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri kontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalı olacaqdır.

Digər tərəfdən, yalnız hava nəqliyyatı ilə hərəkətə icazə ailə və yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhəd regionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarına ziyan vurur, əlavə xərclər yaradır. Hamının  təyyarə nəqliyyatından yararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir. Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onların tələbləri başa düşüləndir. Lakin sərhədlər yalnız iqtisadiyyat və logistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi və gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir.

Rusiya–Ukrayna müharibəsi Avropa və Avrasiya məkanında nəzarətsiz silah dövriyyəsini, muzdlu və yarı-nizami silahlı qrupların yayılmasını, qaçqın və miqrant axınlarını kəskin şəkildə  artırıb. Proseslər təkcə müharibə zonaları ilə məhdudlaşmır, region ölkələri üçün real təhlükəsizlik böhranları yaradır.

Beynəlxalq təhlükəsizlik hesabatlarına əsasən, terror qruplarının təxminən 30–40 faizi münaqişə sonrası regionlardan yayılır, qeyri-qanuni miqrasiya kanalları terror riskini 2–3 dəfə artırır. Azərbaycan riskləri sərhədlərdə sərt nəzarət, xüsusi rejimlər, mərhələli açılış hesabına minimumda saxlayır”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
globalinfo.az

1Mənbələr