AZ

Şimali Koreyanın nüvə sualtı qayığının görüntüləri yayılıb

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Şimali Koreyanın 8700 tonluq nəhəng nüvə sualtı qayığının görüntüləri yayılıb.

"AzPolitika" xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In nüvə sualtı qayığı üzərində aparılan işlərlə tanış olub və rəsmilərdən məlumat alıb.

Şimali Koreya hökumətinin açıqlamasına görə, Kim çıxışında strateji nüvə sualtı qayığına sahib olmağın vacibliyini vurğulayıb. 

Kim bildirib ki, yeni nüvə sualtı qayığının tikinti prosesinin tamamlanması kritik bir mərhələ olacaq.

Şimali Koreyanın düşmənlərini çəkindirməyin yeganə yolu olan nüvə enerjisindən imtina etməyəcəyini vurğulayan Kim Çen In deyib:"Ölkəmizin təhlükəsizliyini mütləq təmin edən nüvə qalxanını daha da gücləndirmək indiki nəslin nəcib vəzifəsidir".

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
azpolitika.info

1Mənbələr