AZ

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 53 ümumi təhsil və 4 məktəbəqədər təhsil müəssisəsində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir. 

Bu barədə “Cebheinfo.az”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat daxil olub.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu təhsil müəssisələrində 117 icma əsaslı məktəbəqədər təhsil qrupuna 1 665 uşaq cəlb olunub.

Seçilən
47
1
cebheinfo.az

6Mənbələr