İngiltərənin "Bornmut" klubunda çıxış edən Enes Ünal yenidən İspaniyaya qayıtmaq istəyir.
Offsideplus.az xəbər verir ki, o, keçmiş klubu "Xetafe" və bəzi La Liqa klubları ilə təmasdadır.
Bu barədə "AS" nəşri məlumat yayıb.
E. Ünal 2023-cü ilin yayında "Xetafe"dən ayrılaraq "Bornmut"a qoşulub. O, burada 39 oyunda 5 qol vurmağı bacarıb.
28 yaşlı hücumçu La Liqada isə ümumilikdə 201 oyunda meydanda olub və 52 qol vurub.