AZ

Qərb hərbi əməliyyatlara hazırlaşır BELARUSUN MÜDAFİƏ NAZİRİ

Qərb ölkələri hərbi əməliyyatlara hazırlaşır və bu, blef deyil. Bunu Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin bildirib.

“Onlar hər yerdə deyirlər: ‘Biz müharibəyə hazırlaşırıq’… Biz bunun boş sözlər olmadığını düşünürük… Onlar bunu həqiqətən edirlər”, — deyə o, RIA Novostiyə bildirib.

Xrenin mövcud vəziyyəti gərgin və radikallaşmaya meyilli kimi xarakterizə edib.

Daha əvvəl Politico nəşri Avropa İttifaqında hibrid müharibə çərçivəsində Rusiyaya mümkün zərbələrin müzakirə edildiyini yazmışdı.

Rusiya prezidenti Vladimir Putin isə avropalıların şüuruna Rusiya ilə müharibəyə hazırlıq ideyasının yeridildiyini qeyd etmişdi.

Seçilən
56
ikisahil.az

1Mənbələr