AZ

Azərbaycanda bu il qatarların qarşısına 50 dəfədən çox heyvan çıxıb - FOTO

Bu il Azərbaycanda dəmir yollarında qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur.

“Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir”, - məlumatda qeyd olunub.

Azərbaycanda
Seçilən
40
16
apa.az

10Mənbələr