AZ

Kollageni qidalarla qəbul edin

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Yaşla birlikdə bədənin daha az kollagen istehsal etməyi qırışların çoxalmasına, oynaqların sərtləşməsi kimi müxtəlif problemlərə səbəb olur. Bunun üçün bir çoxları kollageni artıran dərmanlar qəbul edir, iynələr vurdururlar. 

Axşam.az xəbər verir ki, mütəxəssislər kollagen əlavəsinin orqanizmdə harada istifadə ediləcəyinin müəyyən edilməsinin çətin olduğunu bildirib. Əzələlərin və sümüklərin daha çox kollagenə ehtiyacı varsa, əlavənin faydası dəridə görünmür. Mikro iynələmə, mezoterapiya, fraksiya lazer və radio tezliyi tətbiqləri ilə dəridə kollagenin sintezini və miqdarını artıra bilərsiniz.

Kollagenin dərinin gənc və sağlam görünməsini təmin edən əsas vasitədir. Kollagen bədəndə ən çox rast gəlinən və bol olan zülal növüdür, xüsusilə sümüklər, liflər və oynaqlar olmaqla, hərəkət sisteminin əsas hissəsini təşkil edir. Əzələlərin, sümüklərin, dərinin, vətərlərin, qan damarlarının və həzm sisteminin bir çox toxumasında olur. Yaşlandıqca bədən daha az kollagen istehsal edir. Bu, dəridə qırışlar və oynaqlarda sərtlik kimi bir çox problemə səbəb olur.

Kollageni artırmaq üçün bu qidaları rasionunuza daxil edin:

İlikli sümüyü qaynadıb suyunu için

Mal əti

Toyuq əti

Balıq

Yumurta ağı istifadə edin.

Moruq

Böyürtkən

Qaragilə

Zoğal

Çiyələk

Albalı

Alma

Pomidor, çuğundur və qırmızı bibər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
axsam.az

1Mənbələr