AZ

Azərbaycanda məhkəmə sədri vəfat etdi

Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov vəfat edib. 

News365.az xəbər verir ki, 55 yaşlı hakim bu gün dünyasını dəyişib.

Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.

O, 2007-2011-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-2025 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib

Seçilən
33
12
news365.az

10Mənbələr