AZ

Gələn il Özbəkistanda fövqəladə vəziyyət elan ediləcək



Özbəkistanda korrupsiyaya qarşı daxili nəzarət gücləndiriləcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Prezident Şavkat Mirziyoyev xalqa müraciətində deyib.

"Korrupsiya dövlətin inkişafına mane olan, ədaləti və qanunun aliliyini sarsıdan və cəmiyyətdə etimad atmosferini zəiflədən ən ciddi təhlükədir. Korrupsiyaya yol vermək islahatlarımıza xəyanətdir! Buna qarşı mübarizə aparmaq üçün 2026-cı ildə "fövqəladə vəziyyət" elan edəcəyik", - deyə prezident bildirib.

Prezident deyib ki, bütün qurumlarda korrupsiyaya qarşı daxili nəzarətdən məsul olan müavin vəzifəsi tətbiq olunacaq:

"Hesablama Palatasının fəaliyyəti təkmilləşdiriləcək. Büdcə vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısı alınacaq. Mənim vəzifəm, titulum var, heç kim mənə toxuna bilməz deyənlər yanılırlar. Hər kəs qanun qarşısında bərabərdir!".

Süleyman
Seçilən
8
1
newscenter.az

2Mənbələr