AZ

Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib

Bu il Azərbaycan Dəmir Yollarına (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 54 dəfə toqquşub.

Bu barədə Ekologiya.az-a ADY-dən məlumat verilib.

Qeyd olunub ki, nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur.

"Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir", - qurumdan bildirilib.




Seçilən
52
16
ekologiya.az

10Mənbələr