AZ

Azərbaycanda 2 klubun rəsmiləri futboldan kənarlaşdırıldı

Region Liqasında çıxış edən iki klubun ümumilikdə 3 rəsmisi futboldan kənarlaşdırılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

"Baku" komandasının rəsmisi İsmayıl Hüseynzadə və “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev lisenziya alınması üçün təqdim olunmuş sənədləri saxtalaşdırdıqları üçün 3 il müddətinə diskvalifikasiya edilib.

“Baku” klubunun icraçı direktoru Rövşən Mustafayev isə sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün cəzalandırılıb. O, 1,5 il müddətinə futbola aid hər hansı bir fəaliyyətdə iştirak etməkdən məhrum edilib.

Seçilən
45
3
90deqiqe.az

4Mənbələr