Faciəli şəkildə həlak olmuş futbolçu Dioqo Jotanın oğulları İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Vulverhempton” matçında futbolçuları meydana müşayiət edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Bu qarşılaşma Jotanın çıxış etdiyi komandalar arasında onun faciəli ölümündən sonra keçiriləcək ilk oyun olacaq.
Xatırladaq ki, Dioqo Jota iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı onunla birlikdə kiçik qardaşı Andre də həyatını itirib. Andre Portuqaliyanın ikinci liqasında çıxış edən “Penafiel” klubunun futbolçusu olub.