Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
"Səbail"in bu yay Xorvatiyanın "Varajdin" klubuna satdığı Rüfət Abdullazadənin yeni ildə Misli Premyer Liqasında oynamaq ehtimalı yüksəkdir.
Fanat.Az-ın futbolçuya yaxın mənbədən əldə etdiyi məlumata görə, son vaxtlar klubunda oyun praktikasından əziyyət çəkən yarımmüdafiəçi Azərbaycan klublarından birinə icarəyə veriləcək.
Hazırda Rüfətin xidmətində 3 MPL təmsilçisi maraqlıdır. Onun hansı variantı uyğun sayacağına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm Xorvatiya çempionatında 9 matça çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkə kubokunda 1 görüşdə forma şansı qazanaraq 1 qol vurub. Abdullazadənin "Varajdin"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.