AZ

Qısa müddət ərzində mina probleminin aradan qaldırılması real görünmür - Ceyhun Bayramov

Bakı.Trend:

2020-ci il noyabr ayından etibarən mina məsələsi Azərbaycan üçünprioritet istiqamət olub.

Trend xəbərverir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ciilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, dəqiqliyi 25 faiz olan mina xəritələrimünaqişə başa çatdıqdan 8 ay sonra Azərbaycana verildi.

“Bu məsələdə israrımızı davam etdirəcəyik. Qarşı tərəf deyirəlimizdə nə varsa vermişik. Minalarla bağlı vəziyyət intensivdir.Artıq 415 mina qurbanı var, onlardan 71-i həyatını itirib.ANAMA-nın xarici təşkilatlarla əməkdaşlıq istiqamətləri genişlənir.2020-2023-cü illərdə də ikinci təmas xəttinin yaradılması cəhdi,Laçın dəhlizi qanunsuz sursatların daşınması və minalarınAzərbaycan ərazilərində basdırılması davam edib".

Onun sözlərinə görə, qısa müddət ərzində mina probleminin aradanqaldırılması real görünmür.

"Vətəndaşlar azad edilən ərazilərdə mina basdırılması riskiyüksək olan ərazilərə icazəsiz səfər etməməlidirlər",- deyəC.Bayramov əlavə edib.

Məqalədə:
Seçilən
89
2
az.trend.az

3Mənbələr